Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.İsmayılov/
Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri zavodunda 60 sərnişin vaqonu, eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqon təmir olunaraq "Azərbaycan Dəmir Yolları" QSC-yə təhvil verilib. Trend-in məlumatına görə, bu barədə QSC-nin sədri Arif Əsgərovun hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyilir.
Onun sözlərinə görə, əldə edilmiş vaqonlar Bakı-Tbilisi və Bakı-Moskva istiqamətində xəttə buraxılacaq.
Azərbaycanda sərnişin vaqonlarının əsaslı təmiri üzrə texnologiyalar mövcud olmadığına görə vaqonlar təmir üçün xaricə göndərilir.