...

Ötən il Azərbaycanda 60-dan artıq dövlət standartı təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2014 15:42 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Standartlaşdırma üzrə 2013-cü il üçün İşlər Planı"na müvafiq olaraq 62 yeni dövlət standartını təsdiq edib.
Ötən il Azərbaycanda 60-dan artıq dövlət standartı təsdiq edilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Əliyev/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Standartlaşdırma üzrə 2013-cü il üçün İşlər Planı"na müvafiq olaraq 62 yeni dövlət standartını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin 2013-cü il üzrə görülən işlərə dair hesabatında deyilir.

"Standartlaşdırma üzrə 2013-cü il üçün İşlər Planı"na müvafiq olaraq, informasiya-kommunikasiya texnologiyaları, ekologiya, qida məhsulları, nəqliyyat, keyfiyyətin idarə olunması, torpaqların qiymətləndirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi və tikinti materialları sahələri üzrə standartlar qəbul edilib.

Hesabat ilində standartlaşdırma sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də komitənin keyfiyyət infrastrukturu sahəsində Avropa İttifaqı ölkələri ilə, o cümlədən ABŞ, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və digər ölkələrlə çoxtərəfli, regional və ikitərəfli əməkdaşlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti