...

Fransanın "Thales" şirkəti Bakı Metropoliteninin stansiyalarında avadanlığın modernləşdirilməsinə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2014 13:15 (UTC +04:00)
Fransanın "Thales" şirkəti Bakı Metropoliteninin 5 stansiyasında avadanlığın modernləşdirilməsini həyata keçirməyə hazırdır. Trend-in məlumatına görə, bunu Parisdə jurnalistlərə "Thales" şirkətinin Rusiya və MDB ölkələrində təhlükəsizlik və nəqliyyat sahəsində biznesin inkişafı üzrə direktoru Sergey Romanets deyib.
Fransanın "Thales" şirkəti Bakı Metropoliteninin stansiyalarında avadanlığın modernləşdirilməsinə hazırdır

Fransa, Paris, 1 fevral /Trend, müxbir A.Bədəlova/

Fransanın "Thales" şirkəti Bakı Metropoliteninin 5 stansiyasında avadanlığın modernləşdirilməsini həyata keçirməyə hazırdır. Trend-in məlumatına görə, bunu Parisdə jurnalistlərə "Thales" şirkətinin Rusiya və MDB ölkələrində təhlükəsizlik və nəqliyyat sahəsində biznesin inkişafı üzrə direktoru Sergey Romanets deyib.

Onun sözlərinə görə, Azərbaycan, o cümlədən sürətli inkişaf tendensiyasını nümayiş etdirən Bakı Metropoliteni onlar üçün çox önəmli istiqamətdir: "Thales"in onlarla iş üzrə böyük planları var".

S.Romanets qeyd edib ki, şirkət artıq bu istiqamətdə işlər görüb: "Belə ki, 2012-ci ildə ilkin layihələndirmə işləri həyata keçirilib. Layihədə Bakı Metropolitenindəki mövcud təxliyyə qaydaları təhlil edilib".

İşlər 5 stansiyada - "Nizami" stansiyasından "Memar Əcəmi" stansiyasınadək, həmçinin yeni "Dərnəgül" deposunda aparılıb.

Şirkər adıçəkilən stansiyalarda mövcud rele avadanlığını müasir mərkəzləşdirilmiş mikroprosessorla əvəz etmək niyyətindədir. Ümumilikdə 5 stansiyada modernləşdirmə işləri 12-18 ay davam edə bilər.

S.Romanets deyib: "Biz artıq reallaşdırma mərhələsinə, yəni yeni avadanlığın tətbiqinə hazırıq. Hazırda büdcənin təsdiq olunmasını gözləyirik. Depoda yeni elektron avadanlığın quraşdırılması üzrə işlərin başlanılması bu il gözlənilir".

"Thales" şirkəti planlaşdırılan işlər çərçivəsində Bakı metrosunun tikilən "bənövşəyi xətt"inin stansiyalarında yeni CBTC (qatarların hərəkətinə nəzarət sistemi) sistemini tətbiq etmək niyyətindədir. CBTC-nin quraşdırılması çərçivəsində ilkin layihələndirməni də həyata keçirmək lazımdır.

Qeyd edək ki, "Thales" şirkəti aviasiya-kosmik, müdafiə və nəqliyyat texnologiyaları bazarlarında, eləcə də təhlükəsizliyin təmi edilməsi üzrə həllər sahəsində dünya lideridir. Şirkətin 65 ölkədə nümayəndəliyi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti