...

Azərbaycanda ötən ay deflyasiya 0,2 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 16:55 (UTC +04:00)
Azərbaycanda 2014-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.
Azərbaycanda ötən ay deflyasiya 0,2 faiz təşkil edib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycanda 2014-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb.

Ay ərzində un, toyuq əti, portağal, banan, kök, kartof, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyü, balıq məhsulları, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, qarğıdalı yağı, limon, naringi, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, göyərti, soğan, sarımsaq, şəkər və duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadə də olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşıb, telefon üçün abunə haqqı tarifləri isə bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti