...

Mərkəzi Bank Temenos T-24 Baş Mühasibat Sisteminin yeni versiyasına keçidi reallaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2014 16:21 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 6 aylıq uğurlu implementasiyadan sonra ölkədə ilk dəfə Temenos T-24 Baş Mühasibat Sisteminin (BMS) yeni versiyasını real istismara verib.
Mərkəzi Bank Temenos T-24 Baş Mühasibat Sisteminin yeni versiyasına keçidi reallaşdırıb

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) 6 aylıq uğurlu implementasiyadan sonra ölkədə ilk dəfə Temenos T-24 Baş Mühasibat Sisteminin (BMS) yeni versiyasını real istismara verib.

AMB-dən Trend-ə verilən məlumata görə, Temenos BMS-in yeni versiyasının implementasiyası zamanı qiymətli kağızlar, kreditlər, valyuta, pul bazarı, "ARC teller", vəsaitlərin transferi, açıq maliyyə xidmətləri və hesabatlıq modulları yenilənib.

Temenos BMS-in yeni versiyası maliyyə əməliyyatlarının emal sürətini əhəmiyyətli dərəcədə artırmağa, daha təhlükəsiz interfeys kanalları yaratmağa, dəstəklənmə xərclərini azaltmağa, həmçinin informasiya sisteminin etitbarlı və davamlı istismarına imkan verəcək.

Burada yaradılmış yeni imkanlar yüksək əhatəliliyin təmin olunması, sistem məhsuldarlığının optimallaşdırılması, biznes proseslərinin tam avtomatlaşdırılması və informasiya sistemlərinin dəstəklənmə xərclərinin minimuma endirilməsi ilə bağlı Mərkəzi Bankın gözləntilərini həyata keçirməyə və bu əsasda strateji məqsədlərə nail olmağa yardım edəcək.

Qeyd edək ki, Mərkəzi Bankda Temenos BMS 2010-cu ildən etibarən uçot, əməliyyat və idarəetmə sahələrinin avtomatlaşdırılması istiqamətində istismar edilməkdədir. Hazırda Temenos BMS-ə Mərkəzi Bankın regional mərkəzləri və səkkiz dövlət orqanı onlayn rejimdə inteqrasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti