...

Apreldə Azərbaycanda sərgi mövsümü açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2014 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.Əliyev/

Azərbaycanda "Iteca Caspian" şirkəti tərəfindən keçirilən beynəlxalq sərgilər mövsümü apreldə açılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin məlumatında deyilir.

Məlumatda bildirilir: "Bütün sərgilər AzərbaycanRespublikası dövlət strukturlarının rəsmi dəstəyi ilə həyata keçirilir. Bir sıra layihələr isə beynəlxalq sənaye assosiasiyalarının rəsmi dəstəyi çərçivəsində təşkil olunacaq".

Şirkət bildirir ki, hazırda 2014-cü il mövsümündə keçiriləcək sərgilərdə iştirak üçün ərizələrin intensiv qəbulu keçirilir. Bu isə təşkilatçıların Azərbaycanda sərgilər üzrə 15 faiz artım olacağını öncədən proqnozlaşdırmalarına imkan yaradır.

2014-cü ildə "Iteca Caspian" turizm, inşaat, təhsil və karyera, İKT, su texnologiyaalrı, nəqliyyat, səhiyyə, yüngül və qida sənayesi və digər sahələr üzrə təxminən 25 beynəlxalq sərgi və konfrans keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti