...

AZPROMO: Özəl sektor Azərbaycan iqtisadiyyatının gələcək inkişafını təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2014 11:10 (UTC +04:00)
Özəl sektorun inkişafı Azərbaycanın bütün iqtisadiyyatının gələcək inkişafını təmin edir.
AZPROMO: Özəl sektor Azərbaycan iqtisadiyyatının gələcək inkişafını təmin edir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbirlər E.Əliyev, A.Axundov/

Özəl sektorun inkişafı Azərbaycanın bütün iqtisadiyyatının gələcək inkişafını təmin edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çərşənbə günü Bakıda keçirilən "2020-ci il və sonra: iqtisadi inkişafın sürətlənməsi" investisiya sammitində deyib.

Məmmədov bildirib: "Bu inkişafın davamlılığının ən mühüm amillərindən biri onun proqnozlaşdırılan olmasıdır. Bununla əlaqədar ölkənin gələcək iqtisadi inkişafında "Azərbaycan-2020: Gələcəyə baxış" inkişaf konsepsiyası həlledici rol oynayır və bu konsepsiya ölkənin qarşısında duran məsələ və hədəfləri, həmçinin onlara nail olunması yollarını ifadə edir. Sözsüz ki, əsas məsələlərdən biri milli iqtisadiyyatın şaxələndirilməsidir".

Polşanın sabiq maliyyə naziri, hazırda Kozmin Universitetinin TIGER (Transformation Integration and Globalization Economic Research) tədqiqat institutunun rəhbəri professor Qjeqoja V.Kolodko hesab edir ki, Azərbaycan iqtisadiyyatının əsas məsələsi olan şaxələndirilmə iki istiqamət üzrə aparılmalıdır.

Onun sözlərinə görə, əvvəla, bu, iqtisadiyyatın yenidən strukturlaşdırılması, müxtəlif sektorlarda kiçik müəssisələrin yaradılması yolu ilə bir artım mənbəyindən kənara çəkilmədir və ikincisi, ticarətin coğrafi şaxələndirilməsidir.

Çərşənbə günü Bakıda "The Economist" jurnalının təşkil etdiyi "2020-ci il və sonra: iqtisadi inkişafın sürətlənməsi" investisiya sammiti keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti