...

Azərbaycanın bank sektorunun gəliri il ərzində 1,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 08:18 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilin yanvar ayının yekunu üzrə bankların ümumi gəlirlərinin ziyanla işləyən bankların ümumi zərərindən 18,22 dəfə çox olduğunu qeydə alıb.
Azərbaycanın bank sektorunun gəliri il ərzində 1,5 dəfə artıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilin yanvar ayının yekunu üzrə bankların ümumi gəlirlərinin ziyanla işləyən bankların ümumi zərərindən 18,22 dəfə çox olduğunu qeydə alıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin hesabatında deyilir.

Hesabata əsasən, 38 bankın gəliri 51,92 milyon manat, 5 bankın zərəri isə 2,85 milyon manat təşkil edib ki, bu da bank sisteminə 49,07 milyon manat xalis gəlir qazanmağa imkan verib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar ayında gəlirlə işləyən bankların sayı 3 ədəd artıb, sektorun ümumi gəliri isə 51,9 faiz çoxalıb. Bununla belə, zərərlə işləyən bankların sayı 8-dən 5-dək enib, ümumi zərər isə 1,7 dəfə azalıb.

Qeyd edək ki, 38 bankın işinin yekunları üzrə müvafiq dövrdə əldə olunan bank sisteminin maksimum gəlir göstəricisi 2013-cü ilin noyabrında 346,89 milyon manat həcmində qeydə alınıb. Həmin ayda 334,16 milyon manat həcmində maksimum xalis gəlir əldə olunub.

Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilərin ödənilməsindən sonra) milyon manatla:

Dövrlər

Gəlirlə işləyən bankların sayı

Bank sisteminin ümumi gəliri (gəlirli banklar üzrə)

Ziyanla işləyən bankların sayı

Bank sisteminin ümumi zərəri (zərərlə işləyən banklar üzrə)

Bankların əldə etdiyi yekun gəlir (+) və ya zərər (-)

01.02.2013

35

34,19

8

-4,93

29,26

01.02.2014

38

51,92

5

- 2,85

49,07

Məqalədə:
Xəbər lenti

Xəbər lenti