Gürcüstan, Tbilisi, 17 mart /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan üçün Ümumdünya Gömrük Təşkilatının üzvü olan Avropa gömrük administrasiyalarının rəhbərlərini qəbul etmək çox vacibdir. Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Tbilisidə işə başlayan Avropa gömrük administrasiyalarının beynəlxalq konfransında çıxışı zamanı deyib.
O, qeyd edib ki, Avropaya inteqrasiyaya cəhd edən və regionda sabit inkişaf edən demokratik ölkə olmaq məqsədilə əlindən gələni edən Gürcüstan üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi və həmtəşkilatçılığı ilə keçirilən Ümumdünya Gömrük Təşkilatının gömrük administrasiyaları rəhbərlərini qəbul etmək vacibdir: "Bu, bir daha Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlığın mövcudluğunu təsdiqləyir".
İ.Qaribaşvilinin sözlərinə görə, Gürcüstan müasir mərhələdə sağlamlıq, rəqabət və şəffaf iqtisadi artımın təmin olunması ilə bağlı son dərəcə ciddi çağırışlar qarşısında dayanır: "Gürcüstanda həyata keçirilən islahatlar azad və qanuna tabe olan biznesin inkişafına davamlı dəstək sisteminin yaradılmasına yönəlib".
Baş nazir bununla əlaqədar 2013-cü ilin noyabrında "Şərq tərəfdaşlığı"nın Vilnüs sammitində Avropa İttifaqı ilə assosiasiyalar haqqında saziş və onun tərkib hissəsi olan azad ticarət haqqında sazişin əhəmiyyətini qeyd edib.