...

"Unibank" müştərisinə uğur gətirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2014 16:59 (UTC +04:00)
Unibank-dan Nissan Altima-nı Sumqayıt sakini Niyaməddin Ağayev qazandı. Bank müştərisi üçün əsl Novruz hədiyyəsi etdi. Bu gün avtomobil sahibinə təqdim edilib.
"Unibank" müştərisinə uğur gətirdi

Unibank-dan Nissan Altima-nı Sumqayıt sakini Niyaməddin Ağayev qazandı. Bank müştərisi üçün əsl Novruz hədiyyəsi etdi. Bu gün avtomobil sahibinə təqdim edilib.

N.Ağayev Unibank-ın yeni müştərisi olsa da, hər kəsin bankı elə ilk aylardan ona uğur gətirib. Nissan Altima-nın qalibi hələ uzun illər Unibank-la işləyəcəyini deyir.

Unibank-ın "Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin" adlı tirajlı stimullaşdırıcı lotereyasının üçüncü - sonuncu tirajının digər 35 qalibi də dəyərli hədiyyələr qazanıb. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 5 qalib "IPhone 5" telefonunun, 30 nəfər isə hər biri 100 AZN pul mükafatının sahibi olub.

"Unibank" müştərilərinə xoş sürpizlər etməkdə davam edəcək.

"Unibank" 35 filialı ilə müştərilərinə həftənin 6 günü saat 09:00-dan 17:00-dək nahar fasiləsiz xidmət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti