...

"Halal" standartı almaq üçün müraciət etmiş şirkətlərdə yoxlamalar aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 14:05 (UTC +04:00)
Azərbaycanda qida sənayesində çalışan 9 şirkət "halal" yerli məhsul istehsalı üzrə uyğunluq sertifikatını almaq üçün müraciət edib.
"Halal" standartı almaq üçün müraciət etmiş şirkətlərdə yoxlamalar aparılır

Azərbaycan, Bakı, 3 aprel/Trend, müxbir A. Axundov/

Azərbaycanda qida sənayesində çalışan 9 şirkət "halal" yerli məhsul istehsalı üzrə uyğunluq sertifikatını almaq üçün müraciət edib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsinin mütəxəssisləri iki aydan artıq müddət ərzində bu şirkətləri uyğunluq standartı üzrə yoxlayırlar: "Əgər istehsalçılar inqridiyentlər, xam maddə idxal edirlərsə, mütəxəssislərimiz onların gətirildiyi məntəqələrə baş çəkirlər".

R.Həsənov qeyd edib ki, yaxın günlərdə bu işin bəzi nəticələrini gözləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti