...

"Hər kağızı bir yarpağa çevirək" layihəsi çərçivəsində məlumat turu keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2014 14:43 (UTC +04:00)
Aprelin 5-də “Təmiz Şəhər” ASC, IDEA İctimai Birliyi və "ASAN xidmət" tərəfindən həyata keçirilmiş tullantı kağızlarının toplanması və əvəzində yeni ağacların əkilməsi üzrə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi sona çatmış və layihənin nəticəsi üzrə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi poliqonunda ağacəkmə kampaniyası keçirilmişdir.
"Hər kağızı bir yarpağa çevirək" layihəsi çərçivəsində məlumat turu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Aprelin 5-də "Təmiz Şəhər" ASC, IDEA İctimai Birliyi və "ASAN xidmət" tərəfindən həyata keçirilmiş tullantı kağızlarının toplanması və əvəzində yeni ağacların əkilməsi üzrə "Hər kağızı bir yarpağa dəyişək" layihəsi sona çatmış və layihənin nəticəsi üzrə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi poliqonunda ağacəkmə kampaniyası keçirilmişdir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin, layihənin təşkilatçılarının, eləcə də layihə çərçivəsində ən çox kağız təhvil verən dövlət və özəl qurumların əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbir zamanı 1600 ağac əkilmiş və Balaxanı poliqonunun təxminən 5000 m2 yaxın ərazisi yaşıllaşdırılmışdır.

Yaşıllaşdırma aksiyasının sonunda könüllülər üçün Balaxanıda yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına məlumat turu təşkil edilmişdir. Tur zamanı qonaqlar hər iki zavodun fəaliyyəti, eləcə də tullantıların çeşidlənməsi və utilizasiyası prosesi ilə əyanı tanış olmuşlar. Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda iştirakçılara tullantıların çeşidlənməsinin üstünlükləri barədə geniş məlumat verilmiş, tullantıların idarəedilməsi sahəsində film nümayiş etdirilmişdir.

Qeyd edək ki, 2013-cü ildən etibarən "Təmiz Şəhər" ASC tərəfindən Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına 20 məlumat turu təşkil edilmişdir. Bu turlara qatılan 600-dən çox iştirakçı zavodlarla əyani tanış olmuş, tullantıların zərərsizləşdirilməsi və çeşidlənməsi prosesini izləmişlər.

Tullantıların idarəolunması sahəsində əldə olunan nailiyyətlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti