Azərbaycan, Bakı, 8 may /Trend/
Mərkəzi Bankın elektron nəşri olan rüblük "Tədqiqat bülleteni"nin 2014-cü il üzrə birinci nömrəsi rəsmi internet səhifəsində yerləşdirilib.
Bankdan Trend-ə verilən məlumata görə, bülletendə I rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilib, qlobal maliyyə bazarlarında vəziyyət və ilin sonuna qlobal gözləntilər əks olunub.
Burada, həmçinin Avropa ölkələrinin mərkəzi banklarında modelləşdirmə-proqnozlaşdırma təcrübəsinə dair yeniliklər, qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri və iqtisadi sözlüyün mənasına dair şərhlər verilib.
Bülletenin fundamental tədqiqatlar bölməsində Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan son tədqiqat işləri haqqında da məlumat verilib.