...

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi 3 aya başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2014 18:07 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrasına başlanılması üzrə hazırlıq prosesi ilə bağlı geniş müzakirə keçirilib.
Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi 3 aya başa çatacaq

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin icrasına başlanılması üzrə hazırlıq prosesi ilə bağlı geniş müzakirə keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin icrasına başlanılanadək əhalinin müasir telekommunikasiya və genişzolaqlı xidmətlərə daha çox tələbatı olduğu regionlarda "Aztelekom" İB tərəfindən hazırlanmış pilot layihənin həyata keçirilməsi qərara alınıb.

Məlumat verilib ki, Birliyin daxili imkanları hesabına təmin ediləcək sözügedən layihənin texniki-iqtisadi əsaslandırması istehsalçı şirkətlərin təklifləri, yeni texnologiyaların tətbiqi və hazırda potensial tələbat olan ərazilər nəzərə alınmaqla hazırlanıb.

Sonda layihənin 3 ay müddətində başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti