...

"Palmali" öz gəmilərinin tikintisinə başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2014 20:09 (UTC +04:00)
“Palmali” şirkətlər qrupu öz gəmilərini Türkiyənin İzmir vilayətindəki şəxsi “Armada” zavodunda tikəcək.
"Palmali" öz gəmilərinin tikintisinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/

"Palmali" şirkətlər qrupu öz gəmilərini Türkiyənin İzmir vilayətindəki şəxsi "Armada" zavodunda tikəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Palmali"nin yaydığı xəbərdə deyilir.

Eyni zamanda, zavodda yükgötürmə qabiliyyəti 7100 ton olan "Volqo-Don maks" sinifli iki tankerin əsas korpuslarının tikintisinə başlanılıb.

Tankerlərdən birinin suya buraxılması 2015-ci ilin fevralına planlaşdırılır.

Qeyd edək ki, tankerlər Volqo-Don gəmiçilik kanalının və Volqo-Baltika yolunun qabaritlərinə cavab verir. RST22M layihəli gəmilərin uzunluq qabariti 139,95 metr, eni 16,6 metr, göyərtənin hündürlüyü isə 6 metrdir. Bu gəmilər "Volqo-Don maks" sinfinə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti