...

"Çarter" Sığorta İnstitutu Azərbaycandadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 15:11 (UTC +04:00)
Böyük Britaniya təşkilatı – “Çarter” Sığorta İnstitutu (CII) Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), eləcə də Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə yerli sığorta şirkətlərinə sertifikatlaşdırma xidmətinin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirəcək.
"Çarter" Sığorta İnstitutu Azərbaycandadır

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Böyük Britaniya təşkilatı - "Çarter" Sığorta İnstitutu (CII) Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), eləcə də Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə yerli sığorta şirkətlərinə sertifikatlaşdırma xidmətinin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirəcək.

Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi milli sertifikatlaşdırmanın, daha dəqiqi, bununla bağlı dərsliklərin "Çarter" Sığorta İnstitutunun standartlarına uyğunlaşdırılmasıdır.

ASA-nın məlumatına görə, artıq tərəflər arasında bununla bağlı lisenziya razılaşması imzalanıb.

Maliyyə Nazirliyinin təşəbbüsü ilə dərsliklər 2 variantda - Azərbaycan-ingilis və rus-ingilis dillərində hazırlanacaq. Dərsliklər "CII Award" dərəcəsi üzrə sertifikatlaşmaya hazırlıq üçün əsas olacaq. 2015-ci ildən etibarən isə beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlığına başlanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti