...

"Azərbaycan Dəmir Yolları" İsveçrə şirkəti ilə yeni vaqonların alınması haqqında müqavilə imzaladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 18:28 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin "Stadler" şirkəti bu gün Bakıda Avropa standartlarına uyğun 30 yeni sərnişin dəmiryol vaqonun alqı-satqısı haqqında müqavilə imzalayıblar.
"Azərbaycan Dəmir Yolları" İsveçrə şirkəti ilə yeni vaqonların alınması haqqında müqavilə imzaladı

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin "Stadler" şirkəti bu gün Bakıda Avropa standartlarına uyğun 30 yeni sərnişin dəmiryol vaqonun alqı-satqısı haqqında müqavilə imzalayıblar. Bu barədə Trend-ə QSC-dən deyiblər.

QSC-dən bildiriblər ki, vaqonlar Azərbaycan, Gürcüstan, Türkiyə dəmiryollarını birləşdirməyə hesablanmış və 2015-ci ildə tam işə salınması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilməsindən sonra respublikaya çatdırılacaq.

Vaqonlar Avropa dəmiryolu üzrə hərəkət üçün qoşa dəmiryollarının əvəz edilməsinə uyğunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti