...

"Yapı Kredi Bank" gəlirliliyi 9 faiz olan istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 18:39 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Yapı Kredi Bank Azərbaycan" QSC-nin 15 milyon manat dəyərində adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
"Yapı Kredi Bank" gəlirliliyi 9 faiz olan istiqrazlar buraxır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Z.Qurbanova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Yapı Kredi Bank Azərbaycan" QSC-nin 15 milyon manat dəyərində adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına (BFB) istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 150 min istiqraz buraxılıb.

İstiqrazlar üzrə gəlirlilik 9 faizdir, tədavül müddəti isə bu buraxılışın ilk istiqrazının yerləşdirilməsindən etibarən 2 ildir. İstiqrazlar üzrə faizlərin ödənişi 6 ayda bir dəfə həyata keçiriləcək.

Sövdələşmənin anderrayteri qismində "Yapı Kredi İnvest" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti