...

2013-2014-cü illər ərzində sahibkarlara 20 minə yaxın icazəverici sənədin elektron qaydada verilməsi təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 14:49
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-2014-cü illər ərzində sahibkarlara 20 minə yaxın icazəverici sənədin elektron qaydada verilməsi təmin olunub.
2013-2014-cü illər ərzində sahibkarlara 20 minə yaxın icazəverici sənədin elektron qaydada verilməsi təmin olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-2014-cü illər ərzində sahibkarlara 20 minə yaxın icazəverici sənədin elektron qaydada verilməsi təmin olunub. Trend xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Nazir müavini qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ölkə başçısının həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir: "Görülən kompleks tədbirlər nəticəsində hazırda ümumdaxili məhsulda özəl sektorun payı 80%-i ötüb, vergi daxilolmalarında 72,4%, məşğulluğun təmin edilməsində 73,9%-ə yüksəlib".

Onun sözlərinə görə, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli fərmanı da sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələlərinin hüquqi əsaslarını özündə əks etdirəm mühüm konseptual sənəddir.

S.Məmmədov bildirib ki, fərmana uyğun olaraq, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və dünyanın qabaqcıl beynəlxalq təcrübələri nəzərə alınmaqla 8 istiqamət üzrə modellər təhlil edilib: "Fərmana uyğun olaraq, hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin "bir pəncərə" prinsipi ilə elektron qeydiyyatı, eyni zamanda tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddətin və xərclərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddətin və xərclərin azaldılması, kreditlərin verilmə prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunmasının daha da yaxşılaşdırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması və nəticədə "Müflisləşmə və iflas haqqında" Qanunun təkmilləşdirilməsi ilə "biznesin bağlanması" prosedurlarının və sərf olunan vaxtın azaldılması nəzərdə tutulub".

O, həmçinin vurğulayıb ki, ölkədə elektron xidmətlərin tətbiqi həyatın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyətini də əhatə edir: "Hazırda müxtəlif dövlət qurumları üzrə 428 növ xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən bütün xidmətlər elektronlaşdırılıb və nazirlik tərəfindən 28 xidmət, o cümlədən 7 interaktiv və 21 informativ xidmət göstərilir. 2013-2014-cü illər ərzində nazirlik tərəfindən göstərilən elektron xidmətlər nəticəsində 20 minə yaxın icazəverici sənədin elektron qaydada verilməsi və 14 mindən artıq ödənişin elektron qaydada aparılması təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti