...

Azərbaycanın qiymətli kağızlar bazarı üçün vergi siyasəti müəyyən ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2014 17:40 (UTC +04:00)
2014-cü ilin birinci yarısında Azərbaycanın qiymətli kağızlar bazarının həcmi 5,9 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 86 faiz çoxdur.
Azərbaycanın qiymətli kağızlar bazarı üçün vergi siyasəti müəyyən ediləcək

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin birinci yarısında Azərbaycanın qiymətli kağızlar bazarının həcmi 5,9 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 86 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı qurumun 2014-cü ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında deyib.

QKDK-nın saytında yerləşdirilən məlumatda deyilir ki, R.Aslanlı əsas makro-iqtisadi və sosial inkişaf göstəricilərini diqqətə çatdıraraq ölkənin beynəlxalq mövqeyinin daha da gücləndiyini, xarici borclanma səviyyəsinin aşağı olduğunu və strateji valyuta ehtiyatlarının 54 mlrd. ABŞ dollarına qədər yüksəldiyini qeyd edib.

R.Aslanlı cari ilin 6 ayı bütövlükdə komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək, yeni ticarət və post ticarət sisteminin tətbiq edilməsi, qiymətli kağızlar bazarında vergi qoyma siyasətinin müəyyən edilməsi, qiymətli kağızlar bazarı haqqında qanun layihəsinin razılaşdırılması prosesinin sürətləndirilməsi və s. istiqamətlərdə müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti