...

Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2014 17:20 (UTC +04:00)
2014-cü ilin avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri dəyişməyib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycanda 2014-cü ilin avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan yağının, almanın, armudun, gavalının, şaftalının, üzümün, bibərin, badımcanın, balqabağın, soğanın qiymətlərində ucuzlaşma, düyünün, unun, qoyun ətinin, südün, kərə yağının, limonun, bananın, fındığın, qozun, şabalıdın, kələmin, göyərtinin, xiyarın, göy lobyanın, kökün, çuğundurun, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti