Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
11 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) ilə Bakı Avrasiya Universiteti (BAAU) arasında Anlaşma Memorandumu imzalanıb.
QKDK-dan Trend-ə verilən məlumata görə, Anlaşma Memorandumunda maliyyə bazarları sahəsinə aid seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihələrin və proqramların həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində KBTM ilə BAAU arasında maliyyə, qiymətli kağızlar bazarları üzrə tədris materiallarının təkmilləşdirilməsi və ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması, həmçinin gələcəkdə birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.