...

Azərbaycan əhalisinin gəlirləri il ərzində 5 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 15:23 (UTC +04:00)
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24,0 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi isə 2559,9 manat təşkil edib.
Azərbaycan əhalisinin gəlirləri il ərzində 5 faizdən çox artıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24,0 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi isə 2559,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz bəndi üstələyərək 3,8 faiz olub.

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti