...

"Bank of Baku"nun yeni uğuru

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2014 17:02 (UTC +04:00)
“Bank of Baku”nun yeni uğuru: VISA beynəlxalq ödəniş sistemindən mükafat!
"Bank of Baku"nun yeni uğuru

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

VISA beynəlxalq ödəniş sistemi "Bank of Baku"nu "VISA kartlarının ekvayrinq (kartların qəbul edilməsi) həcmini ən sürətlə artıran bank" nominasiyasında Azərbaycanın maliyyə sektorunun ən yaxşı bankı elan edib.

Bununla əlaqədar "Bank of Baku"ya xüsusi sertifikat təqdim edilib. "Bank of Baku" "Kartların qəbul etmə həcminin sürətli artımına görə" (For the fastest growth of acquiring volume) sertifikatı ilə təltif edilib.

Mükafatın "Bank of Baku" tərəfindən əldə edilməsində son dövrlərdə, xüsusilə, Bolkart layihəsi əsasında banka aid POS-terminal şəbəkəsinin sürətlə genişləndirilməsinin, eyni zamanda, bankın bir sıra iri elektron ticarət layihələrinə texniki dəstək verməyə başlamasının böyük rolu var.

Bu gün "Bank of Baku" VISA ödəmə sistemi ilə müxtəlif istiqamətlərdə, o cümlədən VISA kartlarının emissiya edilməsi və ekvayrinqi sahəsində əməkdaşlıq edir. "Bank of Baku"nun VISA kartları rahatlığı, çevikliyi və təhlükəsizliyi ilə seçilir.

VISA beynəlxalq ödəmə sistemi qlobal miqyasda fəaliyyət göstərir. Bu gün VISA plastik kartları 200-dən çox ölkədə istifadə edilir.

Daha ətraflı: 145 Məlumat Mərkəzi; www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti