Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində bəzi Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan "Sirena Motors" MMC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilmişdir.
QKDK "Sirena Motors" MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.