...

Putin: Xəzəryanı ölkələrin işgüzar dairələrinin forumu səmərəli bazarın formalaşmasına hesablanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2014 10:58 (UTC +04:00)
Bazar ertəsi Həştərxanda keçirilən Xəzəryanı ölkələrin işgüzar dairələrinin forumunun gündəliyində ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, sənaye, energetika, kənd təsərrüfatı, səhiyyə və digər sahələr üzrə kooperasiyanın genişləndirilməsi ilə bağlı məsələlər var.
Putin: Xəzəryanı ölkələrin işgüzar dairələrinin forumu səmərəli bazarın formalaşmasına hesablanıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bazar ertəsi Həştərxanda keçirilən Xəzəryanı ölkələrin işgüzar dairələrinin forumunun gündəliyində ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, sənaye, energetika, kənd təsərrüfatı, səhiyyə və digər sahələr üzrə kooperasiyanın genişləndirilməsi ilə bağlı məsələlər var. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir. Trend xəbəri RİA Novosti-yə istinadən yayır.

Məktubda qeyd olunur ki, tədbir səmərəli bazarın formalaşmasına hesablanıb: "Qarşınızda Xəzərin unikal potensialını tamamilə açmağa, ona bitişik regionda tutumlu və effektiv işləyən bazarı formalaşdırmağa imkan verəcək qabaqcıl elmi ağırlıqlı istehsalatların, effektiv nəqliyyat sistemi, kompleks ölçülərin yaradılması imkanları üzərində birgə düşünmək durur".

O əlavə edib ki, Xəzəryanı dövlətlər arasında, eləcə də işgüzar sahədə münasibətlər "ənənəvi olaraq dostluq ruhunda inkişaf edir": "Əminəm ki, Forum zamanı hazırlanacaq təklif və təşəbbüslər qarşılıqlı sərfəli və çoxtərəli əməkdaşlığın möhkəmlənməsinə, Xəzəryanı ölkələrin sahibkar dairələri arasında birbaşa əlaqələrin yaradılmasına kömək edəcək".

Bazar ertəsi Həştərxanda Xəzəryanı dövlətlərin dördüncü zirvə toplantısı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti