...

Azərbaycan 2014-cü il üzrə makroiqtisadi proqnozları dəqiqləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2014 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Maksim Tsurkov /

Azərbaycan hökumətinin dəqiqləşdirilmiş proqnozlarına görə, 2014-cü ildə ÜDM-in artım tempi 3,6 faiz təşkil edərək 59 milyard manata çatacaq. 2014-cü ildə qeyri-neft sektorunda artım 8,1 təşkil edəcək, bu zaman neft sektorunda əlavə dəyəri istehsalı 2,2 faiz azalacaq. Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi gələn il üçün Azərbaycanın dövlət və icmal büdcələri layihələrinin təqdimatında bildirilib.

Cari ilin sonuna kimi Azərbaycan ÜDM-nin strukturunda neft-qaz sektoru istisna olmaqla, bütün sektorlarda artım gözlənilir.

Proqnoza görə, bu ilin sonunadək əsas kapitala yönəlmiş investisiyaların həcmi 18,9 milyard dollar təşkil edəcək. Ötən illə müqayisədə daxili investisiyaların həcmi 3 faiz, xarici investisiyaların həcmi isə 13 faiz artacaq. Neft sektoruna 5,7 milyard manat, qeyri-neft sektoruna isə 13,1 milyard manat yönəldiləcək.

Layihəyə görə, cari ilin sonunadək Azərbaycan əhalisinin gəlirlərinin 40,5 milyard manat həcmində olacağı (2013-cü illə müqayisədə artım 5,4 faiz) gözlənilir.

Ötən ilin sonlarında qəbul edilmiş Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasına görə, 2014-cü ildə ÜDM-in real artımı 5,2 faiz səviyyəsində gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti