...

"Azərbaycanda istehlakçı hüquqları qorunur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 18:38 (UTC +04:00)
Oktyabrın 17-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti Konfrans Cəlilabadda keçirilib.
"Azərbaycanda istehlakçı hüquqları qorunur"

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Oktyabrın 17-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti Konfrans Cəlilabadda keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının etibarlı təminatının qarşıya qoyulmuş mühüm vəzifələrdən olduğunu və bu istiqamətdə Dövlət Xidməti tərəfindən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. A.Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd edib, bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilir, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılır, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı verilişlər hazırlanır. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanılması maarifləndirmə işinə müsbət töhfə verir. Belə ki, bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 66 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb, bu sahədə işlər hazırda da davam etdirilir.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Xidmətin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzə ilə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Çıxış edənlər maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulayıb, istehlakçıların isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub.

Tədbirdə maarifləndirmə işləri ilə yanaşı, inzibati tədbirlərin də görüldüyü vurğulanıb. Belə ki, ilin əvvəlindən həyata keçirilmiş dövlət nəzarəti tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 30,4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti