...

Azərbaycanın həyat sığortası şirkəti il ərzində kapitalını təqribən 60 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2014 19:45 (UTC +04:00)
Azərbaycanın həyat sığortası bazarının lideri olan "Paşa Həyat Sığorta" şirkətinin cari ilin yanvar-sentyabr ayları ərzində əsas maliyyə göstəricilərində yüksək artım müşahidə olunub.
Azərbaycanın həyat sığortası şirkəti il ərzində kapitalını təqribən 60 faiz artırıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanın həyat sığortası bazarının lideri olan "Paşa Həyat Sığorta" şirkətinin cari ilin yanvar-sentyabr ayları ərzində əsas maliyyə göstəricilərində yüksək artım müşahidə olunub. Bu barədə cümə axşamı Trend-ə "Paşa Həyat Sığorta" ASC-dən deyiblər.

Şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayevin sözlərinə görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi aktivlərinin həcmi 32,301 milyon manat və ya 62,4% artaraq 84,036 milyon manata, ümumi pul vəsaitləri isə 19,524 milyon manat və ya 41,2% artaraq 66,880 milyon manata çatıb.

Bununla yanaşı, qeyd olunan hesabat dövrü ərzində şirkətin sığorta ehtiyatlarının həcmi 22,473 mln. manat və ya 2,4 dəfə artaraq 39,287 mln. manat, sığorta haqları 7,359 mln. manat və ya 30,3% artaraq 31,657 mln.manat, sığorta ödənişlərinin həcmi isə 1,585 mln. manat və ya 3,5 dəfə artaraq 2,225 mln. manat təşkil edib.

İ.Qarayev bildirib ki, bu müddət ərzində şirkətin nizamnamə kapitalında da ciddi artım nümayiş olunub. Belə ki, kapitalın həcmi ötən 9 ay ərizndə 15,050 mln. manat və ya 59,7% artaraq 40,250 mln. manata çatdırlıb.

"PAŞA Holding" şirkətlər qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti