...

ABB fiziki şəxslər arasında 126 mindən çox pulköçürmə əməliyyatı həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2014 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

2014-cü ilin üç rübü ərzində Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki şəxslər arasında 126 mindən artıq pulköçürmə əməliyyatı həyata keçirib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında bank tərəfindən qəbul edilən köçürmələrin sayı 97 493, məbləğ - 117,6 milyon ABŞ dolları, 9,3 milyon avro, 626,8 milyon rus rublu olub.

Ölkədən göndərilən vəsaitlərin məbləği 61,6 milyon ABŞ dolları, 19,8 milyon avro, 103,4 milyon rus rublu təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti