...

Neftçala rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2014 14:10 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il oktyabrın 30-da Neftçala rayonunun Xıllı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Neftçala rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Azad Həsənli/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il oktyabrın 30-da Neftçala rayonunun Xıllı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Trend-in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Neftçala rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının yaradılması;

- çörək, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması;

- fermer mağazalarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti