...

45 nəfər əmək müqaviləsi bağlanmadan işə cəlb edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2014 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

2014-cü ilin noyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə Azərbaycanın vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3064 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 725 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 652 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

35 vergiödəyici tərəfindən 45 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyi, 251 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 32 vergiödəyicidə 322 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti