...

Azərbaycanda qiymətli kağızlar bazarı iştirakçılarının siyahısı genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2014 11:23 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Corporate Trast Eycensi” MMC-yə depozitar və qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə məşğul olmaq üçün 5 il müddətinə lisenziyalar verilib.
Azərbaycanda qiymətli kağızlar bazarı iştirakçılarının siyahısı genişlənib

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Corporate Trast Eycensi" MMC-yə depozitar və qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə məşğul olmaq üçün 5 il müddətinə lisenziyalar verilib. Trend xəbər verir ki, bu barədə cümə axşamı komitənin yaydığı məlumatda deyilir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və 3 aktivlərin idarə olunması təşkilatının xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

"Corporate Trust Agency" MMC Azərbaycanda qiymətli kağız sahiblərinin reyestrinin aparılması lisenziyasını alan sayca ikinci və depozitar fəaliyyət hüququ əldə edən sayca üçüncü təşkilatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti