...

Tikinti işlərində qiymətlər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2015 17:30 (UTC +04:00)
2014-cü ilin IV rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3 faiz bahalaşıb.
Tikinti işlərində qiymətlər artıb

Azərbaycan, Bakı, 5 fevral /Trend/

2014-cü ilin IV rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz, yol və körpü tikintisində isə 0,2 faiz bahalaşma müşahidə edilib.

Ötən ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə eyni səviyyədə qalıb, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,4 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti