...

Yeni listinq qaydaları

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2015 18:07 (UTC +04:00)
BFB-nin yeni listinq qaydaları qüvvəyə minib.
Yeni listinq qaydaları

Azərbaycan, Bakı, 5 fevral /Trend/

"Bakı Fond Birjası" QSC (BFB) tərəfindən yenilənmiş "Bakı Fond Birjasında qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması qaydaları" qəbul edilib. Eyni zamanda, mövcud listinq tarifləri sadələşdirilib və optimallaşdırılıb.

BFB-dən Trend-ə verilən məlumata görə, sözügedən qaydalar bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübələrə və yerli bazarın xüsusiyyətlərinə əsaslanaraq, qiymətli kağızlar bazarına dair mövcud və tətbiq ediləcək yeni qanunvericilik aktları çərçivəsində Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin ekspertləri tərəfindən yerli mütəxəssislərlə bərabər hazırlanıb. Qaydalar qiymətli kağızların listinqi üzrə yeni konseptual yanaşmanı və mütərəqqi normaları müəyyən edir.

Yeni qaydaların tətbiqi "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində atılmış kompleks tədbirlərin tərkib hissəsi olmaqla, BFB-nin əməliyyat qaydalarının təkmilləşdirilməsi, qaydalar kitabının formalaşdırılması, eləcə də BFB-də listinqin təşviqinə xidmət edir.

Yenilənmiş qaydalar və tariflər BFB-nin veb saytının ( www.bfb.az ) müvafiq bölmələrində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti