...

"Finoko" 15 faiz gəlirliliklə istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 12:19 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finoko" Bank Olmayan Kredit Təşkilatının Azərbaycan İpoteka Fondunun 750 min dollar həcmində faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarını qeydiyyata alıb.
"Finoko" 15 faiz gəlirliliklə istiqrazlar buraxıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finoko" Bank Olmayan Kredit Təşkilatının Azərbaycan İpoteka Fondunun 750 min dollar həcmində faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarını qeydiyyata alıb. Bu barədə Trend Bakı Fond Birjasına (BFB) istinadən məlumat verir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 dollar olan 750 ədəd istiqraz buraxılıb.

Bu, ölkədə ipoteka istiqrazlarının 9-cu buraxılışı olacaq.

Yerləşdirmə kütləvi təklif üsulu ilə aparılacaq.

Qiymətli kağızların tədavül müddəti 15 faizlik illik gəlirliliklə 3 il və fazilərin ödəniş müddəti rübdə bir dəfədir.

Yerləşdirmənin anderrayteri "Unicapital" ASC-dir.

"Finoko" Bank Olmayan Kredit Təşkilatı ASC Azərbaycan Mərkəzi Bankından müvafiq lisenziyanı 22 sentyabr 2014-cü ildə alıb. ASC-nin səhmlərinin sahibi iki fiziki şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti