...

Bakı Fond Birjası 2 şirkətin səhmlərini listinqə daxil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 20:47 (UTC +04:00)
Bakı Fond Birjası 2 şirkətin sənədsiz, adlı, adi səhmlərini listinqə daxil edib.
Bakı Fond Birjası 2 şirkətin səhmlərini listinqə daxil edib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bakı Fond Birjası 2 şirkətin sənədsiz, adlı, adi səhmlərini listinqə daxil edib. Bu barədə Trend-ə Birjadan məlumat verilib.

BFB-nin Listinq Komitəsinin qərarı ilə aşağıda göstərilən qiymətli kağızlar alternativ bazar seqmentində listinqə daxil edilib:

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Ticarətin başlanması tarixi

Q/k-ın ilkin ticarət qiyməti

1

AZ1001012199

Sənədsiz adi adlı səhm

Şahquluoğlu ASC

6 036 (ədəd)

16.02.2015

2,00 AZN (iki manat. 00 qəpik)

2

AZ1005005991

Sənədsiz adi adlı səhm

Bakı Sığorta ASC

1316 (ədəd)

20.02.2015

760,00 AZN (yeddi yüz altmış manat)

Bakı Fond Birjasında ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti