...

İran mallarını Azərbaycan bazarına çıxarmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2015 07:45 (UTC +04:00)

İran, Mazandaran, 13 aprel /Trend, müxbir Təmkin Cəfərov/

İranın Mazandaran əyalətinin "Cuybar boru və profil " zavodu 2015-ci ildə Azərbaycan bazarına daxil olmaq istəyir və bu məqsədlə özünə tərəfdaş axtarır. Bunu Cuybar boru və profil zavudunun direktoru Yarəli Rzaian Cuybar şəhərində səfərdə olan Azərbaycanlı jurnalistələrə açıqlamasında deyib.

Y.Rzaian deyib ki, hazırda Azərbaycan bazarına daxil olmaq üçün vəziyyəti öyrənirik. "Azərbaycanlı iş adamları ilə danışıqlar aparırırq. Həmçinin öz məhsüllarımızı oradakı bazara təqdim etmək üçün Azərbacyanda keçiriləcək inşaat materiaları sərgisində iştirak etmək istəyirik."

Cuybar boru və profil zavodunun fəaliyyətindən danışan Y.Rzaian deyib ki, zavodun istehsal etdiyi məhsulların 90 faizi ixrac olunur və bu məhsulun digər zavodların istehsalından fərqi ondadır ki, daha gec korroziya uğrayır və beynəlxalq standartlara uyğun məhsul istehsal edirik.

Onun sözlərinə zavodun məhsulları əsasən Orta Asiya ölkələrinə o cümlədən İraq, Əfqanııstan, Tacikistan, Özbəkistan və Qafqazda isə Gürcüstana ixrac olunur. "Azərbaycanla əməkdaşlıq etmək üçün razılıq olarsa biz öz filialımızı da orada açmağa hazırıq".

Azərbaycanlı jurnalistlər Mazandaran əyalətinin Cuybar şəhərinin digər bir neçə zavod vvə məüssisələrində oldular. Onlardan kisə istehsalı edən Keşavərz şirkətini nümunə göstərmək olar. Bu şirkət ötən il Azərbaycana 100 ton kisə ixrac edib, bu il isə bu rəqəm 30 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti