...

"Azərbaycan AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısına tam hazırdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2015 15:48 (UTC +04:00)
Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısına tam hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
"Azərbaycan AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısına tam hazırdır"

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısına tam hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, mayın 2-5-də Bakıda keçiriləcək toplantıda 66 ölkədən 3 minə yaxın nümayəndənin iştirakı gözlənilir: "Dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu tədbir yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənilir".

Nazir xatırladıb ki, qurumun illik toplantısının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin mayında Filippinin paytaxtı Manilada Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub: "Bununla əlaqədar olaraq, 2013-cü il fevralın 19-da "Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu" imzalanıb, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 22 may tarixli sərəncamı ilə Baş nazirin birinci müavinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb".

S.Şərifov əlavə edib ki, aprelin 1-dən 20-dək 70-dən çox yerli, 200-dək xarici KİV nümayəndəsi tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib.

Maliyyə naziri bildirib ki, Təşkilat Komitəsi tərəfindən www.adb2015.az saytı yaradılıb və illik toplantı ilə bağlı bütün məlumatlar mütəmadi olaraq bu saytda yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti