...

Naftalanda sahibkarlar üçün seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2015 17:56 (UTC +04:00)
qtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin, Ombudsman Aparatının Gəncə Şəhər şöbəsinin birgə təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalanda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün seminar keçirilmişdir.
Naftalanda sahibkarlar üçün seminar keçirilib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Aprelin 28-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin, Ombudsman Aparatının Gəncə Şəhər şöbəsinin birgə təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalanda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün seminar keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kurortların inkişaf perspektivləri, biznes ideyanın yaradılması, biznes planların və investisiya layihələrinin hazırlanması, biznesdə insan hüquqları mövzularını əhatə edən seminarda "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, kurort infrastrukturunun inkişaf etdirilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, seminarda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti