...

Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 12:28 (UTC +04:00)
Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirildi. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər olunub.
Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirildi

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirildi. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" qanunun müzakirəsi zamanı sənədə əlavə və dəyişikliklər olunub. Bununla da Mərkəzi Bankın yeni öhdəlikləri müəyyənləşdirilib.

Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək.

Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Qanuna 13.2-ci maddə əlavə edilir ki, bu da "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur".

14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti