...

Gəlirlərimiz yenə də artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 22:13 (UTC +04:00)
2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 12,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 1333,0 manat və ya ayda orta hesabla 333,3 manat təşkil edib.
Gəlirlərimiz yenə də artıb

Azərbaycan, Bakı, 15 may /Trend/

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 12,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 1333,0 manat və ya ayda orta hesabla 333,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,3 faiz bəndi üstələyərək 4,4 faiz olub.

Bu dövr ərzində gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 11,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb.

Xəbər lenti

Xəbər lenti