Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Maksim Tsurkov/
Macarıstanın "WizzAir" aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə reysləri tezliklə bərpa edəcək.
Trend-in məlumatına əsasən, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə proses gedir: "Aviaşirkətin reysləri tezliklə bərpa ediləcək. Bundan başqa, "Qatar Airways" şirkəti Azərbaycana reyslər həyata keçirir, "Fly Emirates" şirkəti ilə müqavilə imzalanıb, o, BƏƏ-yə uçuşlar həyata keçirəcək".