...

PAŞA Bank və QKDK tələbələr arasında müsabiqə keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2015 12:20 (UTC +04:00)
PAŞA Bank və QKDK tələbələr arasında müsabiqə keçirib.
PAŞA Bank və QKDK tələbələr arasında müsabiqə keçirib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

PAŞA Bank və QKDK tələbələr arasında müsabiqə keçirib.

İyulun 15-də ölkənin ən iri banklarından biri PAŞA Bankın dəstəyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında müsabiqə keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, QKDK-nın Kapital Bazarlar üzrə təlim mərkəzi tərəfindən təşkil edilmiş təlim və seminarlarda seçilmiş tələbələr arasında təşkil olunmuş müsabiqədə 3 komandadan ibarət 8 nəfər iştirak edirdi. "Devalvasiyanın kapital bazarlarına təsiri", "Kapital bazarının iqtisadi inkişafda rolu", "İnfrastruktur layihələrinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsi" mövzusunda hazırlanmış təqdimatdan sonra münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmə aparılıb.

Tədbirin sonunda yarış iştirakçılarına PAŞA Bank və QKDK tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Birinci yerin qalibləri növbəti mərhələdə QKDK-də bir ay ərzində təcrübə keçmək imkanı əldə ediblər.

Bank haqqında:

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti