...

Vergiödəyicilərlə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2015 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Vergiödəyicilərlə görüş keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, vətəndaşlarda vergi mədəniyyətinin formalaşdırılması, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq sahibkarlar, onların ictimai birlikləri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, ictimaiyyətin nümayəndələri ilə çoxsaylı layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində əsas məqsəd Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, xüsusən elektron xidmətlər barədə vergiödəyicilərin məlumatlandırılması, vergi sahəsində onların biliklərinin daha da artırılmasıdır.

Bu gün Sabirabad rayonunda "Davamlı iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu" mövzusunda daha bir görüş keçirilib. "Dəyirmi masa" xarakteri daşıyan görüşdə 5 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan rayonların sahibkarları, icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycanda həyata keçirilən vergi siyasəti, Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən islahatlar, təqdim olunan xidmətlər barədə məlumat verib, vergi qanunvericiliyinə əməl edilməsinin vacibliyinin cəmiyyətə aşılanması və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

"Dəyirmi masa"da yerli icra hakimiyyəti orqanının, sahibkarların, rayon ictimaiyyətinin nümayəndələri çıxış edib, Vergilər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər, nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi, vergi borclarının yaranması ilə bağlı problemlər barədə müzakirələr aparılıb.

Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti