...

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2015 18:39 (UTC +04:00)
Sahibkarların maarifləndirilməsi davam etdirilir.
Sahibkarların maarifləndirilməsi davam etdirilir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə sentyabrın 10-da Lənkəran rayonunun Osaküçə kəndində "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzularında treninq, sentyabrın 11-də isə Naftalanda "Naftalan şəhərində kurortların inkişaf perspektivləri", "Marketinq" və "Menecment" mövzularında seminar keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlərdə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, kurort işçilərinin peşə səviyyəsinin artırılması və bu sahədə maarifləndirmə tədbirlərinin rolu, kurort infrastrukturunun inkişaf etdirilməsi, marketinqin növləri və prinsipləri, insan resurslarının idarə edilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmiş, mövzular üzrə təqdimatlar keçirilmişdir.

Sonra iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti