• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

Ukrayna şirkətləri yeni tikilən Bakı Limanı ilə maraqlanırlar

20 Noyabr 2015 17:16 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Noyabrın 20-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Mişenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

QSC-dən Trend-ə verilən məlumata görə, görüşdə səfirlə yanaşı, səfirliyin İqtisadiyyat departamentinin əməkdaşları, Ukraynanın "UKRFerri" gəmiçilik şirkətinin direktoru, "Ferri-Trans-Servis" şirkətinin, o cümlədən "Gürcüstan Dəmir Yolları" ASC-nin nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində qonaqlar Bakının Qaradağ rayonun Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı ilə tanış olub, Limanın ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr ətrafında müzakirələr aparıb və Limanın inkişaf strategiyası haqqında məlumat əldə ediblər. Bununla yanaşı, qonaqlara Ələtdə yerləşən Bakı Limanının Şərqdən Qərbə və Şimaldan Cənuba gedən iki çox mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşməklə tarixi İpək Yolunun canlanmasında oynayacağı roldan bəhs edilib, Limanın tikinti fazaları haqqında ətraflı məlumat verilib və qonaqların suallarını cavablandırılıb.

Müzakirələr çərçivəsində Ukrayna şirkətləri və limanlarının Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulması ideyası ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bakı Limanı
  • Ukrayna
Azernews Newspaper
Digər xəbərlər
Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
Cəmiyyət 26 Aprel 13:59
Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək
Dünya xəbərləri 24 Aprel 15:17
Ukraynada səsvermədə fəallıq 85 faizdən yuxarıdır
Siyasət 11 Aprel 18:42
Ukraynalı deputat: Azərbaycanda prezident seçkiləri xoş ab-havada keçir
Siyasət 11 Aprel 18:18
Ukraynalı gimnastlar Bakıda keçiriləcək Avropa çempionatında yaxşı nəticələrə ümid edirlər (FOTO)
Gündəm 10 Aprel 10:52
Ukrayna azərbaycanlıları Avropaya mühacirət etmiş bəzi azərbaycanlıların ölkəmizin imicinə xələl gətirmək cəhdlərini pisləyir
Gündəm 3 Aprel 16:21
Ukrayna da onlara qoşuldu - 13 rusiyalı diplomat ölkəni tərk edir
Dünya xəbərləri 28 Mart 13:53
Ukraynada ATƏT-nin missiyasının mandatı daha bir il uzadılıb
Dünya xəbərləri 22 Mart 17:43
Ukrayna kosmodrom tikmək istəyir - Avstraliyada
Dünya xəbərləri 12 Mart 10:46
Saakaşvili tərəfdarları Kiyevdə mitinq keçirir: Poroşenko istefaya getsin!
Dünya xəbərləri 9 Mart 14:59
Ukrayna prezidentinin mühafizəçisi intihar etdi
Dünya xəbərləri 8 Mart 19:48
Kiyevdə polis 100 nəfər etirazçını saxlayıb (VİDEO)
Dünya xəbərləri 3 Mart 15:52
Ukraynanın ən çox ət satdığı ölkələr arasında Azərbaycan 5-cidir
Gündəm 1 Mart 22:12
Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə yeni tibbi avadanlıqlar verilib (FOTO)
Cəmiyyət 24 Fevral 14:45
Ukrayna portalında Xocalı soyqırımına dair məqalə dərc olunub
Dağlıq Qarabağ Münaqişəsi 22 Fevral 17:06
Lvovda Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 22 Fevral 15:47
Ukrayna və Belarus gömrükçüləri "Bir pəncərə" sistemi ilə tanış olublar (FOTO)
İqtisadiyyat 6 Fevral 20:25
Ukrayna aviaşirkətinin təyyarəsi Tbilisidə qəza enişi edib
Dünya xəbərləri 4 Fevral 22:58
Ən çox oxunanlar
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir
Nəzər nöqtəsi
Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter