...

AZAL-dan Bakı-Moskva reysinə yeni tarif

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2015 17:42 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) "Domodedovo" aeropotuna eniş olmaqla Bakı-Moskva reysi üçün yeni Promo tarif təklif edir.

Bu gün üçün hər iki istiqamətə (gediş və gəliş üçün) biletin qiyməti təxminən 320 manat təşkil edir.

AZAL-dan Trend-ə verilən məlumata görə, bu tarifdə aviabiletə baqaj daxil deyil. Sərnişin əlavə 25 avro ödəməklə baqaj (23 kq baqaj) apara bilər.

AZAL-dan bildiriblər ki, bu tarif baqajsız səyahət edənlər üçün sərfəli olacaq.

Uçuşlar Airbus A320 təyyarələri ilə həyata keçirilir.

Promo tarifi AZAL Miles bonus proqramına şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti