...

Azərbaycanda beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətləri bahalaşdı (ƏLAVƏ OLUNUB 2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2015 11:39 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.

Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Qiymətlər manatın ikinci devalvasiya dalğası ilə əlaqədar dəyişib.

N.Əzməmmədovun sözlərinə görə, Azərbaycan ərazisində biletlər manatla satılır, lakin Rusiya, MDB və Baltikyanı ölkələr arasındakı dəmiryolu nəqliyyatında gediş haqqının hesablanması zamanı tarif valyutası İsveçrə frankıdır: "İsveçrə frankının məzənnəsinin dəyişməsindən asılı olaraq dəmiryolu qiymətləri avtomatik dəyişir".

Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov və Rostova hərəkət edir.

Dekabrın 23-nə olan qiymətlər:

İstiqamət

Plaskart, manatla

в манатах

Kupe, manatla

в манатах

SV,

manatla

Bakı-Tbilisi

28,40

41,07

76,84

Bakı-Moskva

176,82

245,21

460

Bakı-Xarkov

150,45

185,10

-

Bakı-Rostov istiqamətində biletlərin yeni qiymətləri hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti