...

Cavid Qurbanov: "Şimal-Cənub" dəhlizi yüklərin çatdırılması vaxtını 3 dəfə azaltmağa imkan verəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2016 11:05 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:05-də yayımlanıb)

Bakı. Maksim Tsurkov - Trend:

"Şimal-Cənub" dəmir yolu dəhlizinin tikintisi layihəsinin reallaşdırılması müxtəlif marşrutlar üzrə yüklərin çatdırılmasında vaxta 2-3 dəfə qənaət etməyə imkan verəcək. Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" mövzusunda keçirilən forumda deyib.

Onun sözlərinə görə, dəhliz Azərbaycanın iri nəqliyyat qovşağına çevrilməsinə, ölkənin coğrafi mövqeyindən istifadə edərək yük dövriyyəsini artırmağa imkan verəcək.

C.Qurbanov qeyd edib ki, hazırda Hindistan və Avropa İttifaqı arasında yük dövriyyəsi ildə 25,5 milyon ton yük təşkil edir, çatdırılma isə 60 günədək vaxt apara bilər: "Azərbaycan ərazisi üzərindən "Şimal-Cənub" dəhlizinin istismara verilməsi ilə çatdırılma müddəti 14-20 günədək, yəni 2-3 dəfə azalacaq".

O əlavə edib ki, İran tərəfi ilə danışıqlar aparılır və ötən il xüsusi protokol imzalanıb: "Tikməyə hazırlaşdığımız dəmir yolu Fars körfəzini Baltik dənizilə birləşdirəcək. Bu, yükləri, Astaradan, Əmirabadadan Azərbaycan və Qara dəniz vasitəsilə Ukraynaya və Avropaya çatdıra biləcək logistik şirkətlər üçün yeni məhsuldur ki, bu da məsafə və vaxt baxımından sərfəlidir. İrana qarşı sanksiyalar ləğv edildikdən sonra Aİ ilə əmtəə dövriyyəsi xeyli artacaq və biz yüklərin nəqli üçün dəniz və dəmir yolu nəqliyyatını işə sala biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti